USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il Bakı Limanında gübrə terminalı istifadəyə veriləcək

14.11.2022 İqtisadiyyat
0 0
Bakı Limanının ərazisində inşa olunan gübrə terminalının gələn ilin əvvəlində istifadəyə verilməsi gözlənilir.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili bildirib.

Onun sözlərinə görə, terminalda ildə 300 milyon ton, saatda isə 600 ton yük aşırılacaq.

“Burada saatda əlavə olaraq 6 min ton səpgili yük aşırmaq da mümkün olacaq”, – deyə liman rəsmisi qeyd edib.

K.Cəlilinin sözlərinə görə, limana Orta Asiya ölkələrindən, o cümlədən Qazaxıstan və Türkmənistandan kükürd, korbamid, ammonium-nitrat gübrələrinin gətirilməsi planlaşdırılır.

Xatırladaq ki, bu il iyulun 25-dı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Türkiyənin “Albayrak” şirkətlər qrupu arasında gübrə terminalı ilə bağlı razılıq əldə edilib. Razılığa əsasən, “Albayrak” terminalda 49% paya malik olacaq.