USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da neft və qaz buruqlarının sayı artıb

14.11.2022 İqtisadiyyat
0 0
ABŞ-da işlək neft-qaz buruqlarının sayı ardıcıl ikinci həftə artıb.

Bu barədə ABŞ-ın “Baker Hughes” şirkətnin məlumatında deyilir.

Bildirilib ki, neftin yüksək qiyməti fonunda qazma fəaliyyəti də aktiv şəkildə davam etdirilir. Hasilat indikatorunu üstələyən neft-qaz buruqlarının sayı ötən həftə ərzində 9 ədəd artaraq 779-a çatıb. Bu, 2020-ci ilin martından sonra ən yüksək göstəricidir.

Qaz qazma buruqlarının sayı isə dəyişməyib və 155 olaraq qalıb.