USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tez xarab olan aqrar məhsulların sürətli keçidi təmin olunacaq

14.11.2022 İqtisadiyyat
0 0
Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların gömrük nəzarətindən sürətli keçidi təmin olunacaq.

Bu barədə Dövlət Gömrük Komitəsində keçirilən kənd təsərrüfatı məhsullarını ixrac edən sahibkarlarla görüşü zamanı bildirilib.

Məlumata görə, görüşdə DGK rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri də iştirak ediblər.

Görüşdə eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı konsiqnasiya rejimi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin aktual məsələlər üzrə gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Rusiya istiqamətində kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayını artırıb, çünki xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artıb. Daşınma üçün əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon əlavə kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.