USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib

15.11.2022 İqtisadiyyat
0 0
Böyük Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.

Siyahıda ümumilikdə 24 nəfərin adı var.

Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.