USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın bəzi vilayətlərindən Azərbaycana quş ətinin gətirilməsi məhdudlaşdırılıb

15.11.2022 İqtisadiyyat
0 0
Rusiyanın bəzi vilayətlərindən Azərbaycana quş ətinin gətirilməsi məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Saratov vilayətində Nyukasl, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski və Qərbi-Baçski dairələrində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Saratov vilayətindən, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski və Qərbi-Baçski dairələrindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.