USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“OPEC+” ölkələri oktyabrda neft hasilatını artırıblar

15.11.2022 İqtisadiyyat
0 0
Beynəlxalq Enerji Agentliyi (IEA) hesab edir ki, oktyabrda “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri üzrə gündəlik neft hasilatı neft razılaşmasının icazə verdiyi səviyyədən 3.2 mln. barel aşağı olub, lakin noyabrda bu fərq təxminən 2 mln. barel azalacaq.

Qeyd edək ki, “OPEC+”ölkələri noyabr ayında gündəlik neft hasilatını 2 mln. barel azaltmaq qərarına gəliblər. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman izah edib ki, real azalma 1-1.1 mln. barel olacaq, çünki artıq bir çox ölkə razılaşma çərçivəsində nəzərdə tutulan kvota göstəricilərindən geriyə qalıb.

“Bizim cari hesablamalarımız sutkada təxminən 800 min barel azalma olduğunu göstərir. Bu, alyansın hazırkı hasilat göstəricilər ilə rəsmi hədəfləri arasındakı fərqi oktyabrda olan 3.2 mln. bareldən təqribən 2 mln. barelə qədər azaltmalıdır”, – IEA-ın hesabatında bildirilir.

Agentlik həmçinin hesab edir ki, ümumilikdə “OPEC+” alyansının 23 ölkəsi oktyabrda gündəlik neft hasilatını 70 min barel artıraraq 44.92 mln. barelə çatdırıb – bu, 2020-ci ilin aprelindən bəri maksimum göstəricisidir.

Hesabatda qeyd olunur ki, OPEC ölkələri oktyabrda hasilatı 30 min barel azaldıb 29.8 mln. barelə, “qeyri-OPEC” tərəfdaşları isə sutkada 100 min barel artıraraq 15.12 mln. barelə çatdırıblar. Bu arada, razılaşma çərçivəsində alyans oktyabrda hasilatı vəd edilən 100 min barel əvəzinə gündə cəmi 40 min barel azaldıb.