USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Jurnalistlər hansı ölkədə nə qədər maaş alır?

15.11.2022 İqtisadiyyat
0 0
Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, işdən aldığımız zövqlə bərabər, ona adekvat maddi qazanc gözləntimiz də olur. Bu, özlüyündə işin səmərililiyinə də təsir göstərən faktordur. Yəni nə qədər çox qazansan, o qədər işə həvəsli yanaşma sərgiləyirsən.

Maraqlıdır, görəsən, IV hakimiyyət nümayəndələri sayılıan jurnalistlər nə qədər maaş alır?

Sfera.az media mənsublarının ən az və ən çox maaş aldığı ölkələrlə bağlı araşdırma aparıb:

2022-ci ilin məlumatlarına görə, Türkiyədə ən aşağı jurnalist maaşı 5 500 tl (503 AZN) olduğu halda, ən yüksək maaş 17 500 tl-dir (1600 AZN). Bu mənada digər ölkələrlə müqayisədə Türkiyədə jurnalistlər üçün təyin olunan maaşın aşağı olduğu bildirilməkdədir.

Qonşu ölkə Rusiyada jurnalist üçün təxmini əməkhaqqı ayda 223 275 rubl (6 307 AZN), orta əməkhaqqı isə ayda 91 445 rubl (2 584 AZN) təşkil edir. Bu ölkədə jurnalistlər əlavə ödənişlər də daxil olmaqla ayda 131 830 rubl (3 726 AZN) qazana bilir.

Almaniyada jurnalist maaşları isə 2 300 Avro (4 073 AZN) ilə 3 200 Avro (5 667 AZN) arasında dəyişir. Təbii ki, burada verilən rəqəmlər orta səviyyə kimi dəyərləndirilir və maaş jurnalistlərin işinə və tutduqları vəzifəyə görə dəyişir. Bu mənada çoxlarının Almaniyaya getməyi xəyal etməsi əbəs yerə deyil.

ABŞ-da jurnalist maaşları orta hesabla ildə 47 000 dollar (80 014 manat) civarındadır.

Fransada jurnalist maaşı ən aşağı 3 500 avro (6 202 AZN) ən yuxarı isə 7000 avrodur (12 404AZN).

Nə qədər qəribə səslənsə də, Səudiyyə Ərəbistanı ən yüksək jurnalist maaşına malik ölkədir və jurnalistlərə ildə 50 557 funt sterlinq (101 905 AZN) maaş verir. Səudiyyə Ərəbistanını siyahıda 50 459 funt sterlinqlə (101 774 AZN) İsveçrə və 43 316 funt sterlinqlə (87 327 AZN) Çin izləyir.