USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Aliexpress”in qazancı 20 dəfə azalıb

18.11.2022 İqtisadiyyat
0 0
Çinin ən böyük internet şirkəti “Alibaba Group”un 30 sentyabrda başa çatan 2022-2023-cü maliyyə ilinin birinci yarısında xalis mənfəəti ötən illə müqayisədə 20 dəfədən çox azalaraq 306 milyon dollar təşkil edib.

Eyni zamanda, dövr üzrə gəlir 1,6 faiz (illiklə müqayisədə) artaraq 58,021 milyard dollar olub.

Maliyyə ilinin ikinci rübünün məlumatlarına gəlincə, “Aliexpress” gözlənilmədən xalis zərərlə üzləşib. İyul-sentyabr aylarında xalis zərər 2,89 milyard dollar qiymətləndirib. Halbuki bir il əvvəl isə şirkət 833 milyon dollar xalis mənfəət əldə etmişdi.

“Alibaba”nın iyuldan sentyabr ayına qədər gəliri 3,2 faiz artaraq 29,124 milyard dollara çatıb.

Bildirilib ki, internet şirkəti ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən karantin məhdudiyyətlərinin sərtləşdirilməsinin təzyiqi altındadır.

Qeyd edək ki, avqust ayında Çinin başqa bir İT nəhəngi “Tencent” də gəlirlərinin ilk dəfə azaldığını etiraf etmişdi.