USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC+ neft hasilatını artırmaq niyyətindədir

22.11.2022 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı və digər OPEC+ ölkələri hasilatın gündəlik 500 min barrelə qədər artırılmasını müzakirə edirlər.

Bu barədə “The Wall Street Journal” müzakirə iştirakçılarından birinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təşkilat hasilatın artırılması məsələsinə dekabrın 4-də - Avropa İttifaqı tərəfindən Rusiya neftinə mümkün embarqodan bir gün əvvəl keçiriləcək iclasda baxmağı planlaşdırır.

Materialda qeyd edilir ki, bu qərar ABŞ prezidenti Co Baydenin administrasiyası ilə fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə bilər.

Lakin Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman gündəlik neft hasilatını artırmaq üçün müzakirələrin aparılmasını təkzib edib.

“Məlumdur ki, OPEC+ iclaslar öncəsi heç bir qərar müzakirə etmir. Hazırda sutkada 2 milyon barrel neft hasilatının azaldılması 2023-cü ilin sonuna qədər davam edəcək. Və əgər zərurət yaranarsa, onu azaltmaq üçün əlavə tədbirlər görmək lazımdır. İstehsal tələb və təklifini tarazlaşdırmaq üçün biz həmişə buna hazır olacağıq”, - deyə nazir bildirib.