USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit götürmək istəyənlərin nəzərinə

28.11.2022 İqtisadiyyat
0 0
Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq.

Vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək.

Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, yeniliyə səbəb vətəndaşları inzibati öhdəlikləri vaxtında yerinə yetirməyə təşviq etməkdir.

Həmçinin banklar bu yolla vətəndaşların davranışlarının qiymətləndirilməsi üçün dəqiqi məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb və dəyişiklik yeni ildən tətbiq ediləcək.