USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan bu gün iclas keçirəcək - İnfliyasiya ilə mübarizə müzakirə olunacaq

28.11.2022 İqtisadiyyat
0 0
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.

Toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.

Bundan başqa, iclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.

Həmçinin hökumətin infliyasiya ilə mübarizəsi də müzakirə olunacaq.