USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərpoçt” onsuz da daralmış karqo bazarına daxil oldu - Digər şirkətlərin aqibəti necə olacaq?

29.11.2022 İqtisadiyyat
0 0
“Azərpoçt” MMC karqo xidmətini istifadəyə verib.

"Kommersant.az" xəbər verir ki, yeni yaradılmış “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması mümkün olacaq.

MMC-dən verilən məlumata əsasən, yeni xidməti sayəsində ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları əldə edə biləcəklər. Belə ki, “Post Cargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.

Qeyd edilir ki, “Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.

“Post Cargo” xidmətinin mobil tətbiqi də istifadəyə verilib.