USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti cüzi bahalaşıb

28.12.2022 İqtisadiyyat
0 0
Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.

Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.

Qeyd edək ki, Çinin səhiyyə komitəsi hökumətin yanvarın 8-dən etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlayıb. Xüsusilə ölkəyə daxil olanlar üçün karantin rejimi ləğv ediləcək.