USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda idxal inflyasiyası bir qədər də artıb

18.01.2023 İqtisadiyyat
0 0
Azərbaycanda 2022-ci ilin noyabrında idxal inflyasiyası bir qədər də artıb

Məlumata görə, idxal olunmuş məhsullarda 2022-ci ilin yanvar-noyabr ayı üzrə orta illik inflyasiyası 22.2% təşkil edib. Bu da bir ay öncəki göstəricidən 0.1 faiz bəndi yuxarıdır.

Ən böyük inflyasiya emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s. üzrə qeydə alınıb ki, bu da 47.9%-lik illik müqayisədə artım var.

Xatırladaq ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil edib.