USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft-da işçi azaldılması: 10 min adam işdən çıxarılacaq

19.01.2023 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya şirkətlərindən biri olan Microsoft, ilin üçüncü rübünün sonuna qədər 10 min işçisini işdən çıxaracağını açıqlayıb.

"Microsoft"un CEO-su Satya Nadella paylaşdığı məqalədə mühüm dəyişikliklər dövründən keçdiyini, müştərilər və iş ortaqları ilə görüşlər keçirdiyini bildirib.

"Microsoft"un xərclərini gəlir və müştəri tələbinə uyğunlaşdıracaqlarını ifadə edən Nadella, 2023 maliyyə ilinin üçüncü rübünün sonuna qədər 10 min adamın işdən çıxarılacağını bildirib.

Bu rəqəmin Microsoft-un ümumi işçilərinin 5 faizindən də az olduğunu xatırladan Nadella bəzi sahələrdə vəzifələr ləğv edilməklə yanaşı, mühüm strateji sahələrdə işə götürməyə davam edəcəklərini vurğulayıb.