USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2023-cü il əmtəə ili olacaq - Goldman Sachs

24.01.2023 İqtisadiyyat
11 0
ABŞ-ın nəhəng bankı Goldman Sachs 2023-cü ildə malların digər aktiv siniflərinə nisbətən daha yaxşı gəlir gətirəcəyini açıqlayıb.

Goldman Sachs analitikləri 2023-cü ildə əmtəələrin digər aktiv siniflərindən daha yüksək gəlir gətirəcəyini bildiriblər. Qlobal makroiqtisadi mühitdə köklü dəyişikliklərin və aşağı ehtiyatların əmtəələrdə yüksək ümumi gəlir təmin edə biləcəyini ifadə edən Goldman Sachs analitikləri S&P GSCI Əmtəə İndeksində gələcək 3, 6 və 12 ayda yüzdə 9,9, yüzdə 17,3 və 31,2 faiz gəlir proqnozlaşdırıblar. Analitiklər 12 aylıq dövrdə enerjidə yüzdə 46,9, sənaye metallarında yüzdə 29,67, qiymətli metallarda yüzdə 5,7 artım gözlədiklərini vurğulayıblar.