USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda orta aylıq əməkhaqqı 2 manata yaxın azalıb

30.11.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,2 faiz artaraq 785,6 manat olub.

"Kommersant.az" bu barədə Bakı Statistika İdarəsinin ilin ilk 9 ayına olan əmək haqqına dair hesabatına istinad edir.

Lakin, bundan öncəki açıqlanmış yanvar-avqust aylarına olan hesabatla (yanvar-sentyabr) müqayisədə 1,7 manat az olması deməkdir. May ayında ilin ən yüksək göstəricisi olan 790,6 manat qeydə alınmışdı.

Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə ölkə üzrə orta aylıq nominal əmək haqqı 540,5 manat kimi qeydə alınmışdı.