İki ölkə arasında aylardı davam edən soyuq müharibə bitə bilər.
"Kommersant.az" xəbər verir ki, ABŞ və Çin hökumətləri Argentinada keçirilən görüşdə razılığa gəliblər. Belə ki, razılaşmaya əsasən 90 gün ərzində yeni gömrük rüsumu tətbiq edilməyəcək.
Bu haqda məlumat Ağ Evdən verilən rəsmi açıqlamada bildirilib. Açıqlamada o da göstərilib ki, iki lider arasında görüşlər uğurla keçib və gələcəkdə də ortaq nəticəyə gəlinməsi üçün danışıqlara başlanılıb.