Avropa Birliyindən Ukraynaya 500 milyonluq maddi dəstək verilib.
"Kommersant.az" xəbər verir ki, Avropa Birliyi Ukraynaya kömək məqsədilə 500 milyon avroluq kredit verib. Avropa Birliyi Ukraynaya aparılan makro-iqtisadi dəstək proqramı çərçivəsində ölkəyə 1 milyard avro dəyərində pul köçürməyi planlaşdırdığını bildirib.
AB Ukraynaya qarşı bu siyasətin iyun ayından planlaşdırıldığını bildirsə də, ekspertlər sözügedən dəstəyi Rusiya ilə münasibətləri kəskinləşən Ukraynaya kömək məqsədini güddüyünü bildirirlər.