USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Ombudsmanı müxalifətin videolarını çəkir" - İQBAL AĞAZADƏ

03.12.2018 İqtisadiyyat
0 0
Bir neçə gün əvvəl ölkədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinin maaşı qaldırıldı.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Ombudsmanın fəaliyyətini ən çox sorğulayan keçmiş millət vəkili İqbal Ağazadəyə sual ünvanladıq:

Maaşı artırılan Ombudsmanın fəaliyyətini necə dəyərləndirirsiz?

"Mən fərdlərin yox, institutun fəaliyyətini dəyərləndirərdim – Azərbaycanda Ombudsman institutu yoxdur. Ölkədə Ombudsman institutu sadəcə hakimiyyəti beynəlxalq təşkilatlara göstərmək üçün təsis olunub. Onun fəaliyyətini izləmək, qiymətləndirmək üçün əvvəla asılılığı olmamalıdır. Bir halda ki, institut hakimiyyətin icra strukturlarından, icra başçılarından asılıdır və onların tapşırıqlarını yerinə yetirir, onun mövcudluğu haqqında danışmaq olmaz. Bir Ombudsman ki, hüquq mühafizə orqanlarına müxalifətin videolarını çəkib təqdim edə, bir Ombudsman ki, gördüklərini yox, hakimiyyətin mövqeyini ifadə edə, onun fəaliyyətindən danışmaq sadəcə siyasi mövqeyimə uyğun gəlməz", - deyə keçmiş millət vəkili bildirib.

  • Əvvəlki

    Bu bazarda xarici məhsulların satışı qadağandır

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0