USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəlir vergisi üzrə 100 faizlik güzəşt - RƏSMİ AÇIQLAMA

03.12.2018 İqtisadiyyat
0 0
Azərbaycanda 2019-cu ildən yeni Vergi Məcəlləsi qüvvədə olacaq.

"Kommersant.az" xəbər verir ki, 240 bənd üzrə dəyişikliklər edilən budəfəki məcəllə vergitutmanın əsas sahələrində ciddi yeniliklər və nəzarət tədbirləri vəd edir.

Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, yeni məcəllə hazırlanarkən beş əsas hədəf seçilib: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılıb.

Qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8 000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir.

"Əsas hədəf "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir".

Bu dəyişikliyin nəticəsində hökumət əmək müqavilələrinin sayının artacağını və "qara mühasibatlılığın" rəsmi dövriyyəyə keçəcəyini hədəfləyib.

Xatırladaq ki, dövlət sektorunda çalışanlar və neft sektorunun özəl bölməsinə bu güzəşt şamil edilmir.

  • Əvvəlki

    "Bank Respublika" uğurlu çarxın sirlərini bölüşdü

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0