USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Azərbaycana avtomobil ixrac etmək istəyir

03.12.2018 İqtisadiyyat
0 0
Türkiyə Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına öz istehsalı olan avtomobilləri ixrac etməkdə maraqlıdır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Sənaye və Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Türkiyə yerli avtomobillərin türkdilli ölkələrə ixracına başlamazdan əvvəl bu dövlətlərin avtomobil bazarlarını öyrənməyi planlaşdırır: "Türkiyə yerli istehsallı avtomobilləri digər qonşu bazarlara da ixrac etmək niyyətindədir".

Nazirlikdən deyilib ki, yerli avtomobillər həm ölkə daxilində, həm də xaricdə digər avtomobil istehsalçılarının məhsulları ilə rəqabət apara biləcək.

Bundan əvvəl sənaye və texnologiyalar naziri Mustafa Varank demişdi ki, Türkiyə istehsallı avtomobilin ilk nümunəsi 2019-cu ildə hazır olacaq.

  • Əvvəlki

    BP-nin Bakıdakı ofisində risk - İŞÇİLƏR EVƏ BURAXILIBLAR

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0