USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il ölkədə ipoteka kreditinin verilişi artıb

05.12.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 214,5 mln. manat kredit verib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2,5 dəfə çox - 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 175 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 22,2% azdır.