USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfirliyində olub

05.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlətimizin başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

  • Əvvəlki

    Kapital Bank müştərilərinə “13-cü maaş” verəcək

Digər xəbərlər