USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət qurumlarından şikayət etmək istəyənlərə yeni imkan

05.12.2018 İqtisadiyyat
0 0
Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sahibkarlara dəstək proqramı hazırlayıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.

"İş adamları bu proqram çərçivəsində təşkil olunacaq platformada profillərini yaradıb müxtəlif dövlət qurumlarından onlayn rejimdə şikayətlərini edə biləcəklər", - o qeyd edib.

***

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, yaradılması nəzərdə tutulan elektron portal ümumilikdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və problemlərin çevik həlli funksiyalarını yerinə yetirəcək. Bu yenilik hesabına iş adamı müraciətinə baxılma prosesini izləyə biləcək, vaxt itkisinin qarşısının alınacaq, müraciətlərə daha operativ və şəffaf baxılacaq.

"Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətini Agentliyə göndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyəti quruma sorğu edir və yaxud sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır", - O.Məmmədov əlavə edib.

"Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmağa şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır", - o deyib.

  • Əvvəlki

    Sabah leysan və qar yağacaq - XƏBƏRDARLIQ

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0