USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib - İDDİA

06.12.2018 İqtisadiyyat
0 0
"Fair Group" tikinti şirkəti "Xəzər Waterfront" layihəsindən kənarlaşdırılıb.

"Kommersant.az" xəbər verir ki, buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub. Mənbəmizin sözlərinə görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib.

Qeyd edək ki, "Fair Group" layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminən 30 min manat) hələ də verilməyib. Fəhlələrdən birinin sözlərinə görə, "Fair Group"un müdir köməkçisi Faiq Vəliyev yalançı vədlərlə onları aldadır və maaşın bu gün, sabah köçürüləcəyini deyərək, fəhlələri get-gələ salır.

Fəhlələr məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət ediblər. Şirkət isə ittihamları rədd edir.

Maraqlıdır ki, paytaxtın ən böyük layihələrindən biri olan "Xəzər Waterfront"da işləri yarımçıq qoyan "Fair Group" şirkəti "Ağ şəhər"də də bir layihəni icra edir.

Qaynarinfo

  • Əvvəlki

    "Maliyyə nazirinin çıxışı başadüşülməzdir. Bu məsələyə əlavə şərh verilməlidir" - MİLLƏT VƏKİLİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0