USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İstədiyiniz vaxt bu kağızları satıb pula çevirə bilirsiniz" - İQTİSADÇI EKSPERT

06.12.2018 İqtisadiyyat
0 0
SOCAR istiqrazları artıq iki ildən çoxdur ki, dövriyyədədir. SOCAR istiqrazlarının parameterləri etibarı ilə sadəcə Azərbaycanda deyil, həmçinin digər ölkələrdə də bu parametrlərə malik qiymətli kağız yoxdur.

“Kommersant.az” xəbər verir ki, iqtisadçı ekspert Cəfər İbrahiçli bildirib. Onun sözlərinə görə SOCAR İstiqrazlarının bu qədər bahalaşmasına təsir edən bir neçə əsas amillər var.

"Qiymətin bahalaşmasına səbəblərdən biri daxili bazarda dollarda olan investisiya alətlərinin SOCAR istiqrazları ilə “baş-başa” gələ bilməməsidir. Bu maliyyə alətlərindən biri bank əmanətləri, ikinci isə alternativ qısamüddətli istiqraz və ya səhmlərdir. Maliyyə alətləri arasında dollarda SOCARın istiqtazları ən böyük gəlirlilik vəd edir. Bu kağızlar Azərbaycan bazarında ilk dəfə likvidlik təklif edir. Yəni istədiyiniz vaxt bu kağızları satıb pula çevirə bilirsiniz. Ən böyük üstünlüyü isə odur ki, əsas vəsaitə qarantiya var. Yəni emitent tərəfindən qarantiya verilir ki, istiqrazların qiyməti nominal dəyər altına düşsə belə özü alacaq. Yəni istiqrazın qiyməti 1000 dollardı, qiymət bundan aşağı düşsə investordan geriyə istiqrazlar yenə də min dollara alınacaq baxmayaraq ki, min dollardan ucuzdur. Bununla da əsas vəsaitə də qarantiya verilir.

Ümumi bazar aspektindən də baxsaq görürük ki, bir məhsulun bazarda qiymətinin bahalaşması ona olan tələbdən irəli gəlir. Əgər bir məhsul keyfiyyətli olmasa ona tələb də az olar və qiymət aşağı düşər. Bu istiqraz yaxşı gəlirlik nümayiş etdirdiyindən investorlar satmaq niyyətində deyil. Alıcılar da, mövcud investorlar da bunu əlavə almaq istəyirlər. Odur ki, bazarda tələb olduğu üçün qiymətlər artır", – deyə Cəfər İbrahimli bildirib.

Ekspertin sözlərinə görə, 5% dollarda gəlirlilik dünya bazarlarında yalnız avrobondlardan əldə etmək olar: "Amma avrobondların qiyməti çox dəyişkən olduğu üçün riskli olur . Həmçinin əsas kapitala da heç kim zəmanət vermir. Həmçinin emitent və yaxud da bazarın marketmeykerləri konkret öhdəlik götümür ki, mən bu qiymətli kağızı geri alacam. Amma SOCAR istiqrazlarında əsas kapitala emitent tərəfindən qarantiya var həm də marketmeyker təminat verir ki, hər gün bu kağızları sata bilər.

Son iki ay ərzində emitentin özünün bazara daxil olub bu kağızları alma halına ehtiyac yaranmayıb. Yəni bu kağızları alanlar gəlirliyinə görə bu kağızları yenidən satmırlar", - deyə Cəfər İbrahimli sonda əlavə edib.

Fins