USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“SOCAR”da yetişən nazir və məmurlar - SİYAHI

07.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında birbaşa iştirak edən şirkət eyni zamanda onlarla nüfuzlu məmur üçün sözün yaxşı mənasında məktəb olub. Təsadüfi deyil ki, hazırda müxtəlif nazirliklərə və dövlət qurumlarına rəhbərlik edən şəxslərin bir çoxu peşəkar karyerasına məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb.
"Kommersant.az" bildirir ki,Azxəbər.com "SOCAR"da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1970-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada adi mühəndisdən idarə rəisi, şirkətin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Şirkətdə sonuncu iş yeri isə Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsi olub.

İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev 2003-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə şirkətin baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1999-2006-cı illərdə şirkətin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin böyük mütəxəssisi və müdiri vəzifələrində işləyib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1994-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, Azərbaycan Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 1989-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə ilk iş yeri "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsi olub. 2006-2007-ci illərdə şirkətdə Sosial İnkişaf İdarəsinin rəisi və Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, millət vəkili Kamran Nəbizadə 1993-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışan K.Nəbizadə 2003-cü ildə yenidən yolunu "SOCAR"dan salıb və şirkətdə yüksək vəzifə daşıyıb.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də "SOCAR"ın yetirməsidir. 1980-1990-cı illərdə şirkətdə sıravi işçi kimi çalışan gələcək başçı 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.

  • Əvvəlki

    Azər Türk Bankdan kredit götürən müştərilərə faiz hədiyyəsi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0