Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Nauru və ABŞ Virgin adalarının adları "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.