USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftlə bağlı vacib qərar verdi

08.12.2018 İqtisadiyyat
0 0
OPEC və OPEC+ ölkələri neft hasilatını gələn il yanvarın 1-dən qüvvədə olmaqla altı ay müddətinə azaltmağa qərara alıblar.

"Kommersant.az" xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Bildirilir ki, dekabrın 6-da Vyanada işə başlayan OPEC Nazirlər Şurasının 175-ci iclasında, həmçinin bu gün keçirilən OPEC və OPEC+ nazirlərinin beşinci görüşündə qərara alınıb ki, 2019-cu il yanvarın 1-dən etibarən OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barel azaldılsın.

Bu həcmin sutkalıq 800 min barrelini azaltmağı OPEC, gündəlik 400 min barrelini azaltmağı isə OPEC+ ölkələri öz üzərinə götürüb. Neft istehsalı 6 aylıq müddətə azaldılıb, bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.

Oktyabr ayında gündəlik neft hasilatı 783 min barel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə, Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barel həcmində saxlamalıdır. Rusiya isə gündəlik neft hasilatını 230 min barel azaldacaq.

Bəyanatdan dərhal sonra neftin qiyməti bahalaşmağa başlayıb və 5% artımla 63.3 dollara yüksəlib.

  • Əvvəlki

    Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0