Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülür.
"Kommersant.az"-ın əldə etdiyi məlumata görə, adıçəkilən ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun "Billur" restoranı da var.