“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

"Kommersant.Az" xəbər verir ki, bu istifadəçilər sosial şəbəkədə "myPersonality" proqram əlavəsinin testindən keçib. Psixoloji testin nəticələri Kembric Universitetinin alimləri tərəfindən elmi tədqiqatlarda istifadə olunub. Alimlər məlumatlardan istifadə etdikdən sonra onları 4 il ərzində kifayət qədər qorunmayan saytda saxlayıblar.
Bundan başqa, proqram 22 milyon istifadəçinin statuslarını və 4 milyon istifadəçinin demoqrafik məlumatlarını da toplayıb. İnsanlara xəbərdarlıq edilib ki, onların informasiyalarından anonim üsullarla istifadə oluna bilər, lakin istifadəçilərin kimliyinin gizlədilməsi üçün lazımi tədbirlər görülməyib.
"Facebook" ötən həftə "myPersonality" əlavəsini sosial şəbəkədən uzaqlaşdırıb və bu barədə araşdırma apardığını açıqlayıb. Böyük Britaniya da ayrıca təhqiqat aparır.
Digər xəbərlər

Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib

Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
