USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Evinizə qonşudan su belə axsa, zərəri sığorta şirkəti ödəyəcək - MİNİMUM MƏBLƏĞ 25000 MANATDIR

12.12.2018 İqtisadiyyat
0 0
Azərbaycanda sığorta haqqında qanun qəbul olunanada bütün hər kəsə həm fiziki həm hüquqi şəxslərə məxsus daşınmaz əmlaklar o cümlədən vətəndaşlara aid mənzil , evlər və s bunların hamısı məcburi qaydada sığortalanmalıdır.

"Kommersant.az" xəbər verir ki, daşınmaz əmlakın sığortalanması Bakı şəhərində 3 kateqoriyaya bölünüb: Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, və digər rayon və şəhərlər . Sığorta üzrə eksper Xəyal Məmmədxanlı bildirib ki, Bakıda sığorta məbləği 25 min manatdır. Yəni bu o deməkdir ki, Bakıda sığortalanan daşınmaz əmlaka minimum sığorta ödəmisinizsə və maksimum 25 min manata qədər zərər dəyirsə, onun əvəzi ödənilir:

"Təbii ki, bu minimal məbləğdir. Çox pul ödədiyiniz zaman çox da ödəniş ala bilərsiz. Bunun müqabilində 50 manat sığorta haqqı ödəyirsiniz.

Digər rayonlarda Gəncə, Sumqayıt, Naxçıvan da isə 40 manat aylıq ödəniş müqabilində əmlakınızı minimum 20 min manata qədər sığortalamış olursunuz.

Yuxarıda adları qeyd olunmayan şəhər və rayonlarda daşınmaz əmlak üçün aylıq ödənilən 30 manat müqabilində isə 15 min manat sığorta ödənişi almaq mümkündür.

İldırım vurma, partlayış, təbii fəlakətlər, qonşunuzun sizə su axıtması, qərəzli hərəkətləri bütün bunlar hamısı sığorta təminatına daxildir", – deyə ekspert bildirib.

Bunlardan hər hansı bir hadisə baş verəndə sığorta şirkətinə və müvafiq dövlət qurumuna xəbər verirsiniz. Sığorta şirkəti hadisə yerinə baxır və zərərin qiymətini müəyyənləşdirir. Bundan sonra həmin zərərin sığorta məbləği həddində yəni 25 min manatdırs, həmin məbləği zərərçəkənə ödəyir.

Bu pulu sığorta şirkəti ya mənzili təmir etməklə ya da pul şəklində verir. Amma ödənişin formasını sığorta şirkəti seçir.

Lakin çox hallarda sığorta şirkəti mübahisələrdən yayınmaq üçün mənzili təmir etməkdənsə, dəymiş zərərin məbləğini, pulu ev sahibinə ödəyir.

Fins