Mütəxəssislər 850 nəfərin işsiz qalacağını bildiriblər. Onların sözlərinə görə, ölkədə gedən nümayişlərin ardından belə bir hadisənin də baş verməsi ölkə prezidenti Makronu daha da çətin vəziyyətə salacaq.
"Kommersant.az" xəbər verir ki, avtomobil nəhəngi "Ford" Fransada yerləşən zavodunu avqust ayında bağlayacağını açıqlayıb.
"Ford" qərarı şirkətin Strasburq şəhərindəki avtomobil sənaye təşkilatı "Punch Powerglide" ilə razılığa gələ bilmədiyindən verib. "Ford"dan verilən açıqlamada "Hər iki tərəfin səylərinə baxmayaraq son aylar hadisələrin axını gələcək üçün ciddi risklər ola biləcəyini göstərir", - deyə bildirib.