2016-cı ildə Azərbaycanda rəsmi qeydiyyata alınan YASHA Group hazırda Türkiyənin İstanbul şəhərində fəaliyyətini davam etdirməkdədir.
"Kommersant.az" xəbər verir ki, "Yaşamağa Dəyər" sloganı ilə işə başlayan şirkət xoşbəxt yaşam üçün gərəkli olan önəmli dəyərləri özünün xidmət sahəsinə daxil etmişdir. Bu sırada YashaMed – medikal turizm xidməti daha çox müraciət olunan sahədir.
YASHA Group özünün Yasha MED xidməti ilə Türkiyədə yüksək texnologiyaya sahib və ən keyfiyyətli sağlıq xidmətini hər büdcəyə uyğun qiymətlərlə təqdim etməyi hədəfləyən xəstəxana və tibb mərkəzləri ilə müqavilələr bağlamışdır. Belə ki, müqavilələrin şərtlərinə görə həmin tibb ocaqlarına birbaşa müraciət edən xəstələrdən fərqli olaraq, Yaşa Group xətti ilə gələn bütün pasientlər üçün xidmətlər, müayinə, əməliyyat, müalicə qiymətlərinə 5, 10, 25, 50 faiz həcmində endirimlər edilir. Endirimlər xəstəxanalara görə dəyişir.
Şirkət Türkiyənin 150-dən çox akkreditasiyadan keçmiş tibb müəssisəsi, o cümlədən Memorial, MedikalPark, Liv Hospital, Acıbadem xəstəxanaları, İstanbul Qastroenteroloji TibbMərkəzi, Kadıoğlu Xəstəxanası, Amerikan Xəstəxanası, Florence Nightingale Xəstəxanaları şəbəkəsi, Ota Jinemed, Humanite Psixiyatriya Tibb Mərkəzi, DünyaGöz, İstinye Universiteti Xəstəxanası, Euro Fertil süni mayalanma mərkəzi, Academic Hospital, məşhur dental klinikalar, plastik cərrahiyyə mərkəzləri, seçilmiş laboratoriya və görüntüləmə mərkəzləri, onkoloji və terapiya mərkəzləri, eləcə də tanınmış ortopediya və travmatologiya - onurğa cərrahı professor dr. Akın Uğraş, dr. Taner Bekmezçi, süd vəzi xərçəngi sahəsində Azərbaycanda da məşhur olan cərrah Dr. Hamdi Koçer, qadın xəstəlikləri və doğum uzmanı EvrimAksoy, Avropa Üz Plastik Rekonstruktiv Cərrahi Heyətin üzvü, dünyaca məşhur qulaq-burun-boğaz həkimi, rinoplastika uzmanı op. dr. Abdülkadir Göksel və başqa dəyərli həkimlərin özəl klinikaları ilə əməkdaşlıq edir.
Müraciət edən şəxslər şirkətin – havalimanında qarşılama, müalicə prosesi müddətində tərcüməçi-asistent, oturum vizası, hoteldə yerləşdirmə və s. xidmətlərdən ibarət Standart və VİP paketlərindən faydalana bilərlər. Paket xidməti almadan müraciət edənlər üçün də endirimlər qüvvəsində qalır.
Daha ətraflı məlumat üçün www.yasha.az saytına, şirkətin sosial şəbəkələrdəki korporativ səhifələrinə, WhatsApp (+90 553) 909 13 00 nömrəsinə müraciət edə bilərsiniz