Rusiyanın neft ixracı 2018-ci ildə, təqribən, 5 milyon ton azalıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Transneft" şirkətinin rəhbəri Nikolay Tokarev "Rusiya-24" telekanalına müsahibəsində bildirib.
"Neft ixracı həqiqətən, təxminən, 5 milyon ton azalıb. Buna yalnız obyektiv səbəblər yox, eyni zamanda OPEC sazişi ilə bağlı qərarlar da təsir edib", - o deyib.