USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünən işdən çıxarılan başçının vəzifəli qohumunun məhkəməsi başladı

14.12.2018 İqtisadiyyat
0 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi başlayıb.

Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 20-də davam etdiriləcək.

X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatı əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, Xətai rayonunda bir sıra qanunsuz tikililərlə bağlı və rüşvət almağa görə həbs edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.