USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMEA işçilərinə torpaq veriləcək

15.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinə bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.

"Kommersant.az"ın Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Rəyasət Heyətinin iclasında "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənəd təsdiq edilib.
Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.