ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
"Kommersant.az" xəbər verir ki, ABŞ-a idxal olunan Çin məhsullarına rüsumun 10 faizdən 25 faizdək artırılmasını nəzərdə tutan sənəd 2019-ci il yanvarın 1-dən martın 2-dək təxirə salınıb.
Ancaq qərar Federal Reyesterin texnologiyalar bölümünə aid olan və artıq 25 faizlik rüsumun tətbiq edildiyi məhsullara şamil olunmayıb. Bundan əvvəl Çin Ticarət Nazirliyi ABŞ ilə iqtisadi-ticari anlaşılmazlıqları yoluna qoymaq üçün aparılan danışıqların uğurlu keçdiyini, bundan ümidvar olduqlarını açıqlamışdı.