USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Ukraynanın Dövlət Agentliyi üçün 4 min tona yaxın aviayanacaq tədarük edəcək

15.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Ukraine” Ukrayna Ehtiyat Agentliyinin 3,7 min ton reaktiv yanacaq tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi olub.

"Kommersant.Az" bu barədə "Enkorr" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "SOCAR Ukraine" Dövlət Agentliyi üçün 1 ton Kremençuq neft emalı zavodunun aviayanacaq məhsulunu 26 900 qrivnaya təklif edib,

Məhsulun tədarükü üçün son tarix bu il sentyabrın 1-i, yüklənmə yeri isə Çerqinov şəhəridir.