Həftə sonu “Bakı Kitab Mərkəzi”ndə gördüklərimiz bizləri sözün əsl mənasında təəcübləndirdi. Belə ki, “Bakı Kitab Mərkəzi”nin iki mərtəbəli olmasına, digər kitab mağazaları ilə müqayisədə daha böyük olmasına, gözəl dizayna sahib olmasına və qarşıdan gələn yeni il bayramına görə üzdən bəzədilməsinə heç də aldanmaq lazım deyilmiş. Kiminə görə nə qədər böyük olsa da içi boş, kiminə görə isə sıradan bir mağazadır.
"Bakı Kitab Mərkəzi"ndə Zəlimxan Yaqub, Şəmil Sadiq və hətta İsa Muğannaya aid bir dənə belə olsun kitab yoxdur. Əvəzində isə Tükiyədə dövrünün məşhur seriallarından olan "Yaprak Dökümü"nün kitabını tapa bilərsiniz. Bəli. "Bakı Kitab Mərkəzi" bir daha kitab yaza bilməyəcək yazıçıların kitablarını satmır.
Qeyd etmək istəyirik ki, "Kommersant.az" kollektivi sözü gedən "kitabxanaya" bir daha getməyəcəyinə dair söz verib.