2018-ci ilin 11 ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 253 milyon 78 min manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 869 milyon 678 min manat və ya 36,5% çoxdur.
"Kommersant.az" Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatına istinadən xəbər verir ki, ən böyük artım ƏDV üzrə qeydə alınıb. Belə ki, ƏDV üzrə vergi ödənişləri 583 436 min manat artaraq 2.223.775 min manat olub. Ümumilikdə isə 869.678 min manat artım müşahidə olunub.