USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanvardan maşın bazarında bahalaşma sürətlənəcək

17.12.2018 İqtisadiyyat
0 0
"Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək".

"Kommersant.az" xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq:

"Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur".

Ekspet deyib ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir:

"Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir".

Qaynarinfo

  • Əvvəlki

    Azərbaycandan bu qədər kapital çıxarılıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0