Vergitutma məqsədləri üçün dividend hesab ediləcək
"Kommersant.az"-ın məlumatına görə, Vergi Məcəlləsində edilmiş, dəyişikliklərdən biri də,ödəmə mənbəyində vergi ilə bağlı yeni vergi dərəcələrinin tətbiq olunmasıdır.
Yeni əlavələr:
Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend hesab edilərək 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunacaq.