"Kommersant.az" xəbər verir ki, Türkiyədə baş verən bir hadisə iş yerlərindəki faktın üstünü açıb. Belə ki, işdən çıxarılan şəxsin məhkəməyə təzminat üçün müraciət etməsi nəticəsində işçinin maaşı araşdırılıb və rəqəmlərin rəsmi rəqəmlərdən fərqləndiyi məlum olub.
Məhkəmə araşdırma nəticəsində müəssisələrin az vergi vermək üçün işçilərin əmək haqqını az göstərdiyini müəyyən edib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.