USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident icra başçısı təyin etdi

17.12.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeni başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncama əsasən İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki. İ.İsmayılov bu təyinatadək Şəhər İcra Hakimiyyəti başçısının I müavini postunu tuturdu.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Niyazi Bayramov 28 avqust 2018-ci il tarixli sərəncamla vəzifəsindən azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.