USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 13% artıb

18.12.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr ayları ərzində Cənubi Qafqaz boru kəməri vasitəsilə 7 463,9 mln. kubmetr qaz nəql edilib.

"Kommersant.az"-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 20 919,1 mln. kubmetr qaz ötürülüb. Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% artım müşahidə olunub. Qazın nəqlinin 35,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu ilin 11 ayında bu kəmərlə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 12,6% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz nəql edilir.

  • Əvvəlki

    Mərkəzi Bank banklara verdiyi borcu geri alır

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0