USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı

18.12.2018 İqtisadiyyat
0 0
Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır.

"Kommersant.az" xəbər verir ki, Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda isə avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satır. Maşında mini bar, televizor, kamera, kondisoner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün demək olar ki, bütün imkanlar var. "Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir. Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsi ilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib. Avtomobil texniki götəricilərinə görə də müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik 8 silindirə malikdir.

Emin Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.

Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.

avtosfer

  • Əvvəlki

    Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin artıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0