USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillər üçün yeni rüsumlar - TƏSDİQLƏNDİ

19.12.2018 İqtisadiyyat
0 0
Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

"Kommersant.az" "avtosfer.az"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Qeyd edək ki, 29 iyun 2018-ci ildə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.

  • Əvvəlki

    Musayev yenidən ASK-nın prezidenti seçilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0