USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazirdən - YENİ QƏRAR

20.12.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 7 fevral tarixli qərara dəyişikliklər edib.

"Kommersant.az" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsviri"nin 2.1-ci bəndində "ACTIVITY IN THE TERRITORY" sözləri "ACTIVITY WITHIN HE TERRITORY" sözləri ilə əvəz olunub.

2. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi"ndə "ACTIVITY IN THE TERRITORY" sözləri "ACTIVITY WITHIN THE TERRITORY" sözləri ilə əvəzlənib.

Qeyd edək ki, bu günə kimi Azərbaycana səfər etmək istəyən əcnəbilərə 900 000-ə yaxın elektron viza verilib.